Nura Suri buna görə boşanıb: "Övladlarımı qəbul etmirdi"-VİDEO


Nura Suri buna görə boşanıb:


Müğənni Nura Suri növbəti dəfə şəxsi həyatından danışıb. İfaçı “Virtual həyat” verilişində bu sözləri deyib: “Həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki?! Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm, hamı nəyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil”.



Nura sonuncu nikahının pozulmasına da münasibət bildirib: “Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim?! Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi. Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə, mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övlarlarım o cür böyüsün”. (lent.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu