Azərbaycanda +18 veriliş açıldı- VİDEO


Azərbaycanda +18 veriliş açıldı-


Müğənni-bəstəkar Murad Arif yeni veriliş hazırlayıb.

Sənətçinin “Popumuz var” adlı proqramı ancaq internetdə yayımlanacaq. Murad burada 2002-ci ildə “Space”, 2006-cı ildə “İctimai” radio və 2010-cu ildə “Online Radio”da apardığı “Məşhurlarla hit-parad” formatına yenidən qayıdıb.

Avtomobil idarə edərək məşhurlarla yola çıxan M.Arif onlara müxtəlif suallar ünvanlayır. Aparıcının ilk qonağı reqqi ifaçısı Cin (Ceyhun Zeynalov) olub.

Ceyhun həmkarlarını şərh edib. Sənətçinin əməkdar artist Tünzalə Ağayeva haqqındakı iradı diqqət çəkib. O, Ağayevanın əvvəlki ifasını qeyri-peşəkar adlandırıb:

“Qeyri-peşəkar ifası daha canayaxın idi. Vokal dərslərindən sonra dəqiq və qüsursuz ifası əvvəlki kimi zövq vermir”.

Cin uzun müddətdir aralarında soyuqlu yaşanan həmkarı Miri Yusif haqda da danışıb. Ceyhun Miri Yusifin ilk mahnısının aranjimançısı (“Sənin üçün”) olduğunu vurğulayıb.

Sənətçi rep və rok ifaçılarının narkoman adlandırılmasına münasibət bildirib:

“Elə, ifaçılarımız var ki, çox mədəni və səliqəli repertuarları, nümunəvi obrazları var. Lakin narkotiklərdən istifadə edir. Bir sözlə narkomanlıq oxuduğun janra bağlı deyil”.

Qeyd edək ki, “Popumuz var” verilişinin yaş həddi +18-dir. Murad bildirib ki, proqramda televiziya verilişlərinə xas olmayan sərbəstlik və açıqsözlülük var. O, layihəni heç bir telekanalda yayımlamaq istəmir.(axsam.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu