Arda Turan jurnalisti hədələdi: Sənin başını əzərəm


Arda Turan jurnalisti hədələdi:


İki həftə öncə evlənən tanınmış futbolçu Arda Turan həyat yoldaşı Aslıhan Doğanla restoranların birindən çıxarkən görüntülənib.



Restoran çıxışı jurnalistlərin sual verməsi gərginlik yaradıb.

Belə ki, müxbirin “Aslı xanım, sadə bir nikah mərasimi ilə evləndiniz. Xəyalınızdakı toy necə idi” sualına Aslı cavab verməyib. Jurnalist ikinci dəfə “Arda bəy sizə danışmamaq üçün qadağa qoyub” sualını ünvanlayıb.

Müxbirin bu sözləri Arda Turanı özündən çıxarıb. O, jurnalisti döyməklə hədələyib:
“Həyat yoldaşımla danışırsan, ədəbli ol, qadağan etmək nə deməkdir? Sənin başını əzərəm!”

Cütlük daha sonra taksi saxlayaraq məkandan ayrılıb. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu