Dünya gözəlləri Bakıya gəlir...


"Miss Civilization of The World 2012" Mədəniyyətlər gözəli müsabiqəsində iştirak edəcək 23 ölkənin təmsilçiləri sentyabrın 12-də paytaxtımıza təşrif buyuracaq. ANS PRESS-in məlumatına görə, gözəllər təşkilatçılar tərəfindən hava limanında qarşılanaraq birbaşa 10 gün müddətində qalacaqları 5 ulduzlu otelə aparılacaq. Onlar böyük finala qədər onlar üçün tərtib olunmuş qrafikə əsasən davranacaqlar. Bura iştirakçıların məşqləri, sponsor görüşmələri və Azərbaycanın mədəni-tarixi yerləri ilə tanışlıq daxildir.

Qeyd edək ki, müsabiqənin finalı sentyabrın 22-də Heydər Əliyev Sarayında gerçəkləşəcək. Ölkəmizi "Miss Civilization Azerbaycan" müsabiqəsinin qalibi 16 yaşlı gözəl Aytac Ağacanova təmsil edəcək.

Müsabiqənin informasiya dəstəyi www.simsar.az saytıdır. Aşağıda "Miss Civilization of The World 2012" müsabiqəsinin finalçılarını təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu