"Ağadadaşın bildiyi o qədərdir"- Nəzakət Teymurovadan etiraz

Xəbərin çap versiyası
Tarix: 25-04-2018, 19:31    |    Xəbər oxunub: 1 567 dəfə
"Ağadadaşın bildiyi o qədərdir"-


Xalq artisti Ağadadaş Ağayevin söylədiyi "Qarabağda muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır" fikirləri cavabsız qalmayıb.



AFN lent.az-a istinadən xəbər verir ki, xalq artisti Nəzakət Teymurova A.Ağayevin sözlərinə etiraz edib:

“Üzeyirin doğulduğu torpaq elə məktəbdi də. Ordan kimlər çıxmayıb ki? Seyid Şuşinki, Xan Şuşinski… Elə hazırda Seyid Şuşinskinin yolu ali məktəblərdə dərs cədvəlində istifadə olunur. Bu bəs deyil? Ağadadaş Ağayevin bunu necə dediyini anlaya bilmirəm. Amma fakt, fakt olaraq qalır. Bunu onun özü ilə dəqiqləşdirin, görün niyə belə deyib? Qarabağ ifaçılarının diskləri bütöv xarici ölkələrə yayılıb. Ağadaş bəy maarifləndirici adamdır, o sözü birdən birə deyə bilməz. Nəyə əsaslanıb, belə deyib? Etirazım onadır ki, illərdir Qarabağ məktəbi var, bunun sübuta ehtiyacı yoxdur. Elə deyirsə, onun bildiyi o qədərdir. Mən nə deyim? Fikir, söz azadlığı var. Amma bir az tarixə nəzər salsa, görərsiniz ki, bu belədir".
N.Teymurova bildirib ki, Qarabağda muğam məktəbləri olub:

“Qarabağda məktəb olub. Qarabağdan niyə çox ifaçılar çıxır? Uzağa getməyim, özümdən danışım. Mənim hələ anamın səsi olub. Elə səslər var ki, onlar bir boğaz oxuyan kimi bilirsən ki, bu Qarabağ məktəbinin yetirməsidir. Məktəb isə Seyid əminin yoludur. Bakılısı, şəkilisi, qarabağlısı da eyni oxuyur. Yəni bu belədir".

Qeyd edək ki, A.Ağayev olke.az-a müsahibəsində deyib ki, Qarabağda muğam məktəbi yoxdur. O bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:

"Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb".

Müğənni onu da əlavə edib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:

"Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar-

Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə

“Azərbaycanlıları məyus olmamağa çağırıram”-

“Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama

“Sən ordan çıx, mən burdan...”-

“Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA

Aqil Acalov:

Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"

Lotu Qulinin 3 adamı tutuldu:

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı-

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL

ADRA-dan şikayət-

ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur