Kenan Doğulu DJ qardaşı ilə birlikdə Bakıda konsert verəcək- VİDEO


Kenan Doğulu DJ qardaşı ilə birlikdə Bakıda konsert verəcək-


Müğənninin xanımı aktrisa Beren Saatın da konsertdə iştirak edəcəyi gözlənilir



Türkiyənin məşhur müğənnisi Kenan Doğulu Bakıya gələcək.

“Report” xəbər verir ki, o, mayın 19-da Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Saat 20:30-da başlayacaq konsertdə K.Doğulu səhnəni DJ və aranjmançı qardaşı Ozan Doğulu ilə bölüşəcək. Müğənni pərəstişkarlarının görüşünə öz komandası ilə gələcək. Uzun müddətdir Bakıda konsert verməyən müğənni repertuarına daxil olan yeni mahnılarını da səsləndirəcək.

Məlumata görə, müğənninin xanımı aktrisa Beren Saatın da konsertdə iştirak edəcəyi gözlənilir.

Konsertə biletlərin qiymətləri 50-600 manat arasında dəyişir. Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Kenan Doğulu konsert ərəfəsində Azərbaycandakı pərəstişkarlarına müraciət ünvanlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu