Mehriban Xanlarova: “Məmurlardan biri məni təhdid edir, başımı kəsəcək…”-VİDEO


Mehriban Xanlarova:


Əməkdar artist Mehriban Xanlarova təhdid olunur.



Sənətçi bu barədə “Space” TV-də yayımlanan “Onda başladıq” verilişində məlumat verib.

O, efir vasitəsilə mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib. M.Xanlarovanın sözlərinə görə, aktrisanı ölkədən sürgün etməklə təhdid edirlər:

“Mən rəsmi qaydada müraciət etmişəm. Oradan bu gün bildirdilər ki, bir ay sonra cavab veriləcək. Əgər mənim yaşamamda, hər şeyimdə təhdid varsa, dərdimi kimə deməliyəm? Əməkdar artist adının əlimdən almaqla, ölkədən sürgün etməklə, pambıqla başımı kəsməklə, efirlərə qadağa qoymaqla qorxudurlar. Bir təhdidlərini artıq gerçəkləşdiriblər. Məni məmurlar biri Prezident mükafatından azad ediblər”. (minval.info)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu