Flora Kərimova şikayətləndi: "Pulumu vermirlər"-VİDEO


Flora Kərimova şikayətləndi:


"Qayınana 2018" filminə çəkilən Flora Kərimova prodüserdən pulunu ala bilmir.



AFN baku.ws-ə istinadən xəbər verir ki, sənətkar "10-dan sonra" verilişində deyib ki, filmin çəkilişləri bitsə də, razılaşdıqları 5000 manatı ala bilmir.

"5000 manata çəkilmişəm, amma pulu vermirlər ki, vermirlər. Gözüm yolda, qulağım səsdədir. Pulumu versəydilər əyər-əskiklərimi düzəldərdim. Son vaxtlar nədənsə prodüseri görə bilmirəm. Axırıncı dəfə filmin fotosessiyada görmüşəm".



Qeyd edək ki, Flora Kərimova "Qayınana 2018" filmində baş rola - qayınana filominə çəkilib. "Qaynana 2018" filmi "Caspian Media Group" tərəfindən ekranlaşdırılır. Film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur.

Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşovdur. Filmdə F.Kərimova ilə yanaşı Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və başqaları çəkiliblər. "Qayınana"da epizodik səhnələrin birinə dünyaca məşhur "Papito" mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu