"Diplomunun şəklini göndər, sonra açıqlama verək"- GÜNÜN SATİRASI+VİDEO


"Diplomunun şəklini göndər, sonra açıqlama verək"-


Müğənni Afət Fərmanqızının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini mahnı kimi oxuması, onu nəğməkar şair kimi təqdim etməsi müzakirələrə səbəb olub.



Bu səbəbdən Yenicag.az-ın əməkdaşı ifaçı ilə əlaqə saxlayıb. Telefona isə özünü Rufa kimi təqdim edən xanım cavab verib.

Müğənninin köməkçisi Fərmanqızıdan açıqlama almaq üçün şərtlər irəli sürüb. O, əməkdaşımızdan əvvəlcə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib-bitirmədiyini soruşub. Daha sonra isə bir qədər irəli gedərək diplomun şəklini “votsap”a göndərməyi tələb edib. Yalnız bu tələbləri yerinə yetirdikdən sonra Afət Fərmanqızıdan açıqlama almağın mümkün olduğunu vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu