Abbas Bağırova dələduzluq edən şəxs: "Pulumu vermirdi, ona görə də..."


Abbas Bağırova dələduzluq edən şəxs:


Abbas Bağırova qarşı dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs deyib ki, müğənni Abbas Bağırovun köməkçisi işləyib:

"Abbasın olan bəzi mülklər mənim adıma rəsmləşmişdi. Onun mənə 3500 manat borcu var idi, bu pulu da qaytarmaq istəmirdi. Qarajı 15 min 500 manata həkimdən almışdım. Sonra qarajı öz adına keçirilməsini məndən tələb etdi. Yeznəsi Emili göndərdi. Qarajı onun adına keçirəcəyim təqdirdə 15 min 500 manat pul verəcəyini dedi. Qarajı etibarnamə ilə Emilin adına keçirdim, sonra ləğv etdim. Əgər mən dələduz olsaydım, Abbasın digər əmlaklarını ələ keçirərdim. Onun bahalı avtomobili də məndə idi".

Proses aprelin 16-da davam etdiriləcək.

İttihama görə, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu