"Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın"- Sevinc filmdəki sevişmə səhnəsindən danışdı:VİDEO

Xəbərin çap versiyası
Tarix: 14-06-2019, 15:31    |    Xəbər oxunub: 1 220 dəfə
"Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın"-


“Dalan” filmindəki sevişmə səhnəsi ilə sosial mediada müzakirə edilən aktrisa Sevinc Əliyeva çəkiliş zamanı yaşadıqlarından danışıb.

sənətçi ekran işində dublyorun oynamasına icazə vermədiyini deyib: “Sevişmə səhnəsinə çəkilməyim problem yaratmadı. Düzü, filmin çıxmasından çox qorxurdum. Əslində, böyük bir şey yox idi. Sadəcə, çox şişirildi. Təqdimatın səhəri günü dedim ki, interneti bağlayacam, amma gözlədiyim pis reaksiyanı görmədim. Bəlkə də, rəyləri oxumamışam, bu, ona görə olub. Orada elə də açıq-saçıq səhnələr yox idi. Bütün etik qaydalar qorunmuşdu. Filmin məzmununda xəyanət olmalı idi, bu, sevişmə səhnəsi olmadan mümkünsüz görünürdü.

Çəkilməyə razı olanda demişdilər ki, mənim yerimə dublyor olacaq. Həmin səhnələr isə çox açıq olacaqdı. Əvvəlcə, dedim ki, mənə nə var, dublyor oynasın. Daha sonra anladım ki, əgər yerimə dublyor çəkilsə, o səhnələrdəki qadının özüm olmadığımı sübut edə bilməyəcəm və nəticə daha pis olacaq. Ona görə rejissorla danışıb, özüm çəkilməyə qərar verdim. Düzünü desəm, nə qədər pul verirlərsə, versinlər, orada öpüşmək, soyunmaq varsa, qəbul etmərəm. Bu filmdə isə sevişmək lazımlı idi”.

Əliyeva ekran işindəki partnyoru Ziya Ağanın çətin anlar yaşadığını da söyləyib: “Sevişmə səhnəsində çox sıxılırdım. Ziyanı stressimlə dondurmuşdum. Çox əziyyət çəkirdi. Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın. Həmin səhnə bir dubla çəkilib. Dedim ki, vəssalam, bundan artıq oynaya bilməyəcəm. Onu da deyim ki, Ziya məni yalnız icazə verdiyim yerlərdən öpüb”.

Aktrisa yenidən belə bir səhnədə rol ala biləcəyinin istisna olmadığını da vurğulayıb: “Bədii tərəfdən yaxşı təqdim edilən bir film olsa, yenə də sevişmə səhnəsinə çəkilərəm. Bəlkə də bu filmdən sonra arxamca danışdılar, amma üzümə heç nə deyən olmadı”.

Sevinc yeni mövsümdən teatr aktrisası kimi tamaşaçıların qarşısına çıxacağını da bildirib: “Səhnə üçün darıxmışam. Qoy məni teatr aktrisası kimi də tanısınlar”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur