Aparıcı Mədət Quliyevin səsini bəyənmədi - VİDEO


Aparıcı Mədət Quliyevin səsini bəyənmədi -


Bu gündən etibarən Azərbaycanda beynəlxalq televiziya layihəsi "Səs uşaqlar”ın seçimlərinə start verilir.

Bu barədə İTV-nin Musiqi departamentinin rəhbəri, aparıcı Leyla Quliyeva “3 D” verilişində bildirib.

L.Quliyeva deyib ki, yarışmanın seçim turları ilk olaraq Ağdamın Quzanlı qəsəbəsində başlayacaq:

“Bilirsiniz ki, 18 sentyabr Azərbaycanda Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar Milli Musiqi Günü kimi qeyd olunur. Buna görə də fikirləşdik ki, kastinqlərə musiqinin beşiyi olan Qarabağda başlayaq. Bütün səsi olanları seçimlərə dəvət edirəm”.

Verilişdə robot-aparıcı Dadaş Dadaşlinski Leyla Quliyevaya bəzi səsləri dinlədəcəyini bildirib. Bir neçə səsin arasında isə müdafiə sənayesi naziri Mədət Quliyevin də ifası yer alıb.

Aparıcının “Münsif olsaydınız, bu səsə dönərdinizmi” sualına Leyla Quliyeva “yox” cavabını verib. “Sizə belə bir səs lazım deyil” sualına isə xanım aparıcı gülərək, “Səs yox, güc lazımdır” cavabını verib.(axsham.az)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu