Kıvanç Tatlıtuğu 5 il həbs cəzası gözləyir


Kıvanç Tatlıtuğu 5 il həbs cəzası gözləyir


Vergidən yayınmaqda təqsirli bilinən tanınmış türk aktyor barəsində məhkəmə işi başlayıb.

AFN-in məlumatına görə, vergi müfəttişləri tərəfindən aparılan yoxlamalar zamanı Kıvanç Tatlıtuğun 2012-2013-cü illərdə vergidən yayındığı aşkar edilib. 5 il həbs cəzası tələb edilən Kıvanç Tatlıtuğ bu gün hakim qarşısına çıxıb. Prosesə aktyorun vəkili də qatılıb. Məhkəmədə ifadə verən K.Tatlıtuğ aylıq 30 min lirə gəliri olduğunu deyib. O, vergidən yayınmadığını, vergi üçün ayırdığı pulların köməkçisi tərəfindən mənimsənildiyi bildirib. Hətta həmin şəxsi dələduzluq etdiyi üçün məhkəməyə verdiyini də qeyd edib.
Məhkəmə fevral ayınadək təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu