Kardaşyana görə sağlamlığını itirdi-FOTOlar


Porno -ulduz Kim Kardaşyana oxşamaq üçün Ceyms Cordon Parkers dəfələrlə əməliyyat olunub.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, hazırda gənc fanat öz sağlamlığını itirdiyini etiraf edib. Kimə bənzəmək üçün qaşlarını tatuaj edən, dodaqlarına silikon qoyduran 23 yaşlı Ceyms bildirib ki, hazırda bədəni plastik əməliyyatlardan sonra zəifləyib.
Qeyd edək ki, bu və digər əməliyyatlar üçün 23 yaşlı ingilis 100 min sterlinq pul xərcləyib. İndi isə onun bədəni bu əməliyyatlara mənfi reaksiya göstərir. Plastik əməliyyatlardan sonra o, olduqca məşhurlaşıb. ABŞ-da bir verilişə qatılan Ceyms bildirib ki, dodaqlarındakı silikonlar artıq axır, üzündəki botokslar səbəbindən isə boynunu və başını tərpətmək çətinləşib. Lazım olmadıqca o, başını hərəkət etdirmədiyini bildirib. Bədənindəki ağrıları və həkimlərin xəbərdarlığını nəzərə almayan gənc hələ yenə də plastik əməliyyata hazırlaşdığını bildirib. Bu dəfə isə o, burnunu Kimin burnuna bənzətmək fikrindədir.

NÜŞABƏ

[medium]http://afn.az/uploads/posts/2015-05/1431675499_kim2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1431675532_kim3.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1431675619_kim4.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1431675610_kim5.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu