Məşhur aktrisadan ŞOK ETİRAF - 15 yaşında mənə təcavüz ediblər


Məşhur aktrisadan


Amerikalı məşhur aktrisa Demi Mur 15 yaşında bir sərxoşun ona təcavüz etdiyini və həmin adamın anasına 500 dollar ödədiyini açıqlayıb.



56 yaşlı Demi Mur xatirələrini “Good Morning America” proqramına danışıb.

Aktrisa xatirələr kitabını 1998-ci ildə vəfat edən anası və üç qızına ithaf etdiyini deyib.

Amerikalı aktrisa xoşagəlməz hadisənin bir gecə evə gələn zaman yaşandığını qeyd edib.

Həmin gecə tanıdıqları yaşlı kişinin evdə olduğunu deyən Mur, ona təcavüz olunduqdan sonra evin açarlarının anası tərəfindən yaşlı kişiyə verildiyini öyrənib.

Aktrisa təcavüzün ardından həmin kişinin: ”500 dollar üçün anan tərəfindən təcavüzə sürükləndiyinə görə özünü necə hiss edirsən?'” sualını verdiyini də qeyd edib. (ölkə.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu