Qardaşyan bacıları “Emmi”nin təqdimatında rüsvay oldular - VİDEO


Qardaşyan bacıları “Emmi”nin təqdimatında rüsvay oldular -


Öz möhtəşəmliklərindən aşırı əminlikləri Kim Qardaşyan-Vest və Kendall Cenner bacılarını gülüş hədəfinə çevirib.



Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, bütün iştirakçıların gülüşünə səbəb olan hadisə "Emmi” mükafatının 71-ci təqdimat mərasimində baş verib.
Səhnəyə xırda bir iş - "Ən yaxşı rəqabətcil realiti-şou”nun adını demək və öz ehtişamlı geyimlərini göstərmək üçün çıxan bacılar sözün birbaşa mənasında sürəkli alqışlar gözlədikləri halda tamaşaçıların lağ obyektinə çevriliblər. Onların gülüş hədəfinə çevrilməsinə səbəb öz xırda rollarını çox ciddiyə alaraq improvizasiyaya yol vermələri olub.

"Ailəmizin təcrübəsindən çıxış edərək deyə bilərik ki, sözün həqiqi mənasında maraqlı şouları özü olaraq qala bilən real adamlar yarada bilirlər”, - Kim və Kendal bacıları təqdimatda deyiblər.

Elə bu sözlərdən sonra salonda başlayan gülüşmələr yavaş-yavaş qəhqəhəyə çevrilib. Salonun reaksiyasından əməlli-başlı pərt olan Kim və Kendall bacıları səhnəni üzsulu tərk etməyə məcbur olublar.

Xatırladaq ki, əslində, onların məsğərəyə qoyulmasında təəccüblü bir şey yoxdur, çünki "Qardaşyanlar” şousu sadəcə bacıların yüksək reytinqlər üçün süni şəkildə təşkil etdiyi qalmaqallar sayəsində məşhurlaşmaqdan başqa heç nə ilə diqqət çəkməyiblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu