Məryəm Üzərli yenə tükənib?


Məryəm Üzərli yenə tükənib?


Məryəm Üzərli baş rolunu oynadığı "Pətək" adlı filmin nümayişinə qatıla bilməyib.



AFN-in Türkiyə mətbuatına istinadən məlumatına görə, mərasimdə iştirak etmək üçün Berlindən Adanaya uçan aktrisanın səfəri yarımçıq qalıb. Qəfil halı pisləşdiyi və qusmağa başladığı üçün təyyarə məcburi eniş etməli olub. Aktrisa hazırkı vəziyyəti ilə bağlı mətbuata açıqlama verməsə də, son aylar gərgin işlədiyi, yorğunluğa görə səhhətində problemlər yarandığı bildirilir.

Qeyd edək ki, "Möhtəşəm yüz il" serialı ilə məşhurlan alman aktrisa daha öncə də tükənmə sindromundan əziyyət çəkdiyini etiraf etmişdi.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu