İslamı qəbul etməsi yalan çıxdı


Hollivudun “problemli qız”ı Lindsay Lohanın musəlman olma xəbəri yalan çıxdı.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu yaxınlarda məşhur aktrisa əlində Quranla birlikdə paparatsilərin hədəfinə tuş gəlib. Sosial xidmət cəzasına məhkum edilən 28 yaşındakı Lohan cəzasının ilk günündə Nyu-Yorkda əlində Quranın ingilis dilində tərcüməsi ilə jurnalistlərin önünə çıxıb... Bu isə onun İslamı qəbul etməsi haqqında şayiələrə səbəb olub. Bu haqda məşhurun meneceri “The İndependent” qəzetinə açıqlama verib. Menecer bildirib ki, Lohan Yaxın Şərqlə bağlı yaxın günlərdə dəvət aldığı layihəyə qatılacaq. Buna görə o, ərəb dili və mədəniyyətini öyrənir. O, Lohanın müsəlman olmadığını bildirb.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu