Fədayə ilə Tacir yenidən duet oxudular - VİDEO


Fədayə ilə Tacir yenidən duet oxudular -


Müğənni Tacir Şahmalıoğlu illər sonra duet ortağı Fədayə Laçınla eyni səhnəni bölüşüb.



Yenicag.az xəbər verir ki, ifaçılar məclislərin birində duet oxuyublar. Məclisdən videonu sosial şəbəkədə paylaşan Tacir yazıb:

"Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı”.
Qeyd edək ki, 2017-ci ildə həbs edilən, bu ilin oktyabrında isə azadlığa çıxan Fədayə Laçınla Tacir Şahmalıoğlunun münasibətlərində soyuqluq yaranmışdı. Fədayə azadlığa çıxdıqdan sonra Tacir onunla duet oxumaq fikrində olduğunu bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu