Xalq artistinin oğlu toy etdi, atasının dostları gəlmədi - VİDEO


Xalq artistinin oğlu toy etdi, atasının dostları gəlmədi -


Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu ölümcül xəstədir.

Bu barədə ARB-nin "Elgizlə izlə" proqramında danışılıb.

Məmməd 4 ildir dializ xəstəsidir. Həftədə 3 dəfə dializ olunur. Bu yaxınlarda da ona ağciyər xərçəngi diaqnozu qoyulub.

41 yaşlı Məmməd Zeynalov İrəvan Dövlət Teatrının aktyorudur. Ailəlidir. Məmmədin maddi durumu ağır olduğundan azyaşlı oğluna, babasının adını daşıyan Eldənizə sünnət toyu edib, müalicəsi üçün pul yığmaq istəyib.

Lakin Xalq artisti Arif Quliyevdən başqa atasının iş yoldaşları, dostlarının heç biri toya gəlməyib. Bu səbəbdən də toya dəvət olunmuş, lakin gəlməyən 40 nəfərin pulunu öz cibindən verib. Maddi ehtiyac içində olan gənc ata belə ziyana düşür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu