İkinci dəfə ərə getmək istəyən Əməkdar artist: "Ehtiyacım var" - VİDEO


İkinci dəfə ərə getmək istəyən Əməkdar artist: "Ehtiyacım var" -


31 yaşlı Əməkdar artist Nigar Şabanova ikinci dəfə ərə getmək istəyir. Lakin ilk evliliyi uğursuz alınan ifaçı bu addımı atmağa qorxur.

AFN xəbər verir ki, N.Şabanova bu barədə "ARB TV"nin "Show News" proqramında danışıb.

Təklikdən bezdiyini deyən müğənni hər bir qadın kimi sevgiyə, ailəyə ehtiyacı olduğunu dilə gətirib:

"Həmişə ehtiyac var. Zaman keçdikcə, yaş ötdükcə bunun fərqinə varırsan. Tam səmimi deyirəm, hələ həyatımda heç nə yoxdur. Amma ikinci dəfə ailə qurmaq istəyirəm. Çox istəyərəm ki, həyatımın ikinci baharı ömürlük olsun. Ehtiyat edirəm, inam-güvən itib. Qorxuram ki, ikinci dəfə də alınmaz".

Qeyd edək ki, N.Şabanova boşandıqdan sonra övladlığa uşaq götürüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu