"Survivor"un Tayfunu Əmrahın oğlu imiş - Acundan xoş sözlər


"Survivor"un Tayfunu Əmrahın oğlu imiş -


Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışmasını "Könüllülər" komandasından tərk edən Tayfun Ərdoğan müğənni Əmrahın oğlu imiş.



AFN xəbər verir ki, verilişin aparıcısı Acun İlıcalı Tayfun haqqında xoş sözlər deməklə yanaşı, özünün də atasını gənc yaşlarından itirdiyini, atasızlığın çətinliklərini yaşadığını dilə gətirib: "Sənin də bu mövzuda həssaslığını bilirəm. Bəlkə biz vəsilə olarıq, həsrət qaldığın ata qayğısına çata bilərsən. Bu mövzuda ürəyim səninlə olacaq. Səni tanıdığım üçün özümü xoşbəxt hiss edirəm. Bundan sonrakı həyatında sənə uğurlar arzulayıram".
Qeyd edək ki, Tayfun "Könüllülər" komandasının ən çox rəğbət bəslənən, yaxşı rəftarı ilə seçilən üzvlərindən idi. O, veriliş boyu heç vaxt müğənni Əmrahın oğlu olduğunu dilə gətirməmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu