"Bu, bizim ən böyük cinayətimiz oldu" - Prodüserdən Səfurə Əliyeva ilə bağlı ŞOK AÇIQLAMA


 "Bu, bizim ən böyük cinayətimiz oldu" -


Azərbaycanın ən populyar musiqi yarışması "Yeni ulduz"un prodüseri Oqtay Əliyev illər sonra yarışma ilə bağlı etiraflar edib.

AFN xəbər verir ki, O.Əliyev İTV-də yayımlanan "Fatehin divanı" verilişində "Eurovision 2010" təmsilçimiz Səfurə Əlizadəyə görə yarışmanın qaydalarını pozduğunu dilə gətirib:

"İştirakçılara görə münsiflər arasında tez-tez mübahisələr düşürdü. Səfurə Əlizadə və Eldar Qasımova görə aramızda çox böyük mübahisəmiz oldu. Eldar seçim turundan belə keçmədi, çünki çox uşaq idi. Səsinin keçid vaxtı olduğundan münsiflər razı olmadı.

Daha zaman keçib, deyə bilərəm. Səfurə Əlizadəni və bugünkü "Eurovision" təmsilçimiz Səmirə Əfəndini yaşı tamam olmamış keçirmişik. 16 yaş kimi təqdim etmişik. Bunu birinci dəfədir, deyirəm, bu, bizim ən böyük cinayətimiz oldu. İnandırım sizi, həmin vaxt söhbət yayılsaydı, müsabiqə bir kənarda qalacaqdı..."

Xatırladaq ki, ATV Azərbaycan kanalında yayımlanan "Yeni ulduz" yarışmasının finalında münsiflərin heyəti Oqtay Əliyev, Mübariz Tağıyev, Ruhəngiz Qasımova, Murad Dadaşov idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu