Mehriban Xanlarova Ramil Usubovla hədələndi-VİDEO


"Mehriban xanım, adamlarınıza deyin, mənə az zəng etsinlər. Əks halda mən hörmətli nazirimiz Ramil Usubova müraciət edəcəm".

Bu sözləri müğənni Kərim Abbasov ANS TV-nin "Günə Baxan" verilişində səsləndirib. Aralarında məhkəmə çəkişməsi olan ifaçı aktrisa tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Müğənni Kərim Abbasov və aktrisa Mehriban Xanlarova arasında qalmaqalın əsası "Maşın" realiti-şouda qpyulub. Xanlarova Xalq artisti Aygün Kazımovanı oyundan kənarlaşdırdıqdan sonra Kərim etiraz əlaməti olaraq əlini maşından çəkmişdi. Bunun ardınca onun İnstaqram səhifəsində belə bir paylaşım olmuşdu:

“Əslində mən bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı, hər bir azərbaycanlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.

Bu paylaşımdan sonra Mehriban Xanlarova şərəf və ləyaqətinin alçaldılması ittihamı ilə Kərim Abbasovu məhkəməyə verib. "Mənə dəxli yoxdur. İndi səsi çıxır? Bu sözləri deməyin heç bir mənası da yoxdur, artıq gecdir. Ötən həftənin beşinci günü Binəqədi Rayon Məhkəməsinə müraciət etmişəm. Orada cavab verər. Bütün millətin qarşısında, sosial şəbəkələrdə, efirdə üzr istəməyincə ondan əl çəkən deyiləm. Axıra qədər də gedəcəyəm"- deyən əməkdar aktrisa, müğənnini bağışlamaq fikrində olmadığını bildirib.

Məhkəməyə verildiyindən xəbər tutan ifaçı qalmaqallı statusu özü yazmadığını bildirib: "Üç aydır "Instagram" səhifəmi işçim Məhəmməd işlədir. O da əsəbiləşib yazıb. Əgər mən yazsaydım, qorxmazdım və bunu etiraf edərdim. Qonşu kanalların birində qonaq olanda Məhəmməd telefon bağlantısı yaradaraq Mehriban xanımdan üzr istədi. Məncə söhbəti uzatmağa ehtiyac yoxdur".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu