Ayasofyada çılpaq şəkillər çəkdirən model həbs olundu - FOTOLAR


Ayasofyada çılpaq şəkil çəkdirən belçikalı model Marisa Papen həbs edilib.



2018-ci ildə Ayasofyada və Kapadokyada türk bayrağına bürünərək çılpaq pozalar verən modelə qarşı İstanbul Baş prokuroru tərəfindən başladılan istintaq işləri yekunlaşıb.

Belə ki, Baş Prokurorluğun hazırladığı iddianamə aktında Papenin "dövlətin suverenliyinin əlamətlərini təhqir etdiyinə" və "ədəbsizliyə" görə 7 il həbs cəzası verilib.

Hazırlanan iddianamə İstanbul Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Baş prokuror tərəfindən aparılan istintaq daxilində, Papenin, Qüds və Misirdəki ədəbsiz fotolarına görə saxlanıldığını və cərimə cəzası ilə sərbəst buraxıldığı da qeyd olunub. (Unikal.org)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu