AFN.AZ / Bakıda səhnəyə bayraqlarla çıxdı, işləri artdı

Bakıda səhnəyə bayraqlarla çıxdı, işləri artdı

Türkiyə mətbuatı müğənni Berksanın Bakıda səhnəyə Türkiyə və Azərbaycan bayraqları ilə çıxmasından yazıb.

Musavat.com xəbər verir ki, Yeni il gecəsi Bakı Olimpiya Stadionunda səhnəyə çıxan türkiyəli ifaçının bu addımı rəğbətlə qarşılanıb. Bayraqlarla iki ölkənin dostluğuna işarə vuan Berksan azərbaycanlı iş adamlarının və türk təşkilatçılarının diqqətini çəkib. Konsertdən sonra müğənniyə həm Azərbaycandan, həm Türkiyədən konsert təklifləri gəlib.

Qeyd edək ki, Berksanla yanaşı Bakıya Demet Akalın, Hadisə, Murat Dalkılıç, Ozan Doğulu, Alena Tilki də gəlmişdi.
4-01-2017, 23:30
Geri qayıt