AFN.AZ / Brilliant:

Brilliant:

"Bəslədiyim münasibəti qarşı tərəfdən görmürəm. Düşündüyüm səviyyə icra olunmur, ona görə kənarda durmaq qərarına gəldim".

Bu sözləri xalq artisti Brilliant Dadaşova "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Reytinq xatirinə etik olmayan şeylərə yol verilir. Ona görə çalışıram, çox verilişlərə getməyim. Çoxlarında özümü görmürəm, amma yaxşıları da var. Aparıcılar xoş olmayan suallar verirlər. Məəttəl qalırsan ki, gəncdir, həyata qarşı necə hirslidir. Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq. Mən verilən sualları ancaq bununla əlaqələndirirəm. Yoxsa bu sualları verməz.

Mənim verilişim var idi, orada insanlara ancaq sevinc bəxş etməyə çalışırdım. Müğənnini elə təqdim edirdim ki, sanki ondan başqa dünyada ifaçı yoxdur". (axsam.az)
8-01-2017, 16:31
Geri qayıt