AFN.AZ / Məleykə Əsədova Ramiz Məliki yenidən məhkəməyə verir

Məleykə Əsədova Ramiz Məliki yenidən məhkəməyə verir

Məleykə Əsədova Ramiz Məliki yenidən məhkəməyə verir


Xəbər verdiyimiz kimi, ötən gün Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın həmkarı Ramiz Məlikdən şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə Ramiz Məlik həmkarına 1000 manat təzminat ödəməli və mətbuatda təkzib verməlidir.

Məleykə Əsədovanın vəkili Ceyhun Yusifov AzVision.az-a bildirib ki, xalq artisti Apellyasiya Məhkəməsinin qərarından narazıdır.

"Verilən qərar bizi tam qane etmir. Buna görə də qərardan kassasiya şikayəti veriləcək".

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.
15-05-2018, 13:50
Geri qayıt