AFN.AZ / Nigardan qalmaqallı sözlər:

Nigardan qalmaqallı sözlər:

Nigardan qalmaqallı sözlər:


“Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədə tərbiyəsizlik edən şəxsləri tənqid edib.



Müğənni Beyonsun konsertdən çəkilən videosunu paylaşıb və bu sözləri yazıb:

“Beyonsun konsertindən bir videoya rast gəldim. Şərhlərə baxdım. Maraqlı gəldi mənə ki, görüm kim nə yazır? “Nö gözəl paltardır, mənim şəhzadəm. Çox gözəlsən” və bu kimi müsbət şərhlər… Amma bizimki olsaydı oğlanlar, “Ala, nə gündəsən?”, “Off… bu nədir? Babat şeysən”, “Salam, xoşum gəlir səndən”, “Qocalıfsan”, “Mənim sənə verdiyim sevgini varlı verə bilməz. Directə bax!”, “Balsan… Yeyərəm səni”, “Offf, yandım. Sənə nələr eliyərdim…”, “Əxlaqsız. Qiyamət günündə cavab verəcəksən” yazardılar.

Qızlar isə “Zəhləm gedirsəndən”, “Yaman gündəsən”, “Qocalmısan”, “Bu da 3 uşaq anası”, “Boyunu yerə soxum. Əxlaqsız”, “Cəhənnəmdə yanacaqsan”, “Görəsən bunu kim saxlayır?”, “Dayday axtarır özünə”, “Bu da özünü buraxıb”, “Fuuu, çuşka. Qıjı”” və bu kimi sözlərdən istifadə edərdilər. (minval.info)

Nigardan qalmaqallı sözlər:


8-10-2018, 19:36
Geri qayıt