AFN.AZ / Efirdə aparıcıdan gözlənilməz sözlər:

Efirdə aparıcıdan gözlənilməz sözlər:

Efirdə aparıcıdan gözlənilməz sözlər:


Sosial mediada ən çox tənqidə tuş gələn aparıcılardan biri Mikayıl Güləddin oğlu verilişinin formatı haqda deyilən mənfi fikirlərə münasibət bildirib.



Minval.info xəbər verir ki, o, “Sevimli mahnı”nın ailəvi proqram olduğunu qeyd edib. Aparıcı eyni zamanda verilişə gələnlərin sayının çoxluğuna diqqət çəkib və İranın Təbriz, Ərdəbil şəhərlərindən qonaqların verilişə gəldiyini bildirib.

“Haradan bunu çıxarırlar ki, Mikayılın verilişinə ailəliklə baxmaq olmaz. Pavilyonda tamaşaçıya yer çatmır. Elə ötən dəfə 50-55 nəfər verilişdə iştirak edə bilmədi. Mən onlardan üzr istədim, geri qayıtdılar. Adətən, aparıcılar deyir ki, daimi tamaşaçılar, bizdə belə olmur. Keçən dəfə Təbrizdən və Ərdəbildən 2 avtobus bizim tamaşaçı gəlmişdi. Onlara görə stullar əlavə olundu. Bundan əlavə, bölgələrimizdə oluram, hər dəfə haradasa məni görəndə şəkil çəkdirirlər. Vallah, bunu təkəbbürlük üçün demirəm. Bəs məni qınayanlar hanı, onlar kimlərdir?” – Güləddinoğlu bildirib.

Radio aparıcısı Famil Məcidli M.Güləddinoğluna “səni tənqid edənlər İnstagram-dadır” deyib. O isə bunun qarşılığında “mənim tamaşaçım İnstagram-da olmur” söyləyib.

Aparıcı Elçin Əlibəyli üzünü F.Məcidliyə çevirərək və ötən illəri nəzərdə tutaraq ona “sənin ağzın isti yerdəydi” deyə bildirib:

“Çünki atan kifayət qədər nüfuzlu bir adamdır və məmurdur. Hər şeylə səni təmin etmişdi. Amma Mikayılın atası adi bir avtonəqliyyat sürücüsü idi. O, sıfırdan gəlib özünə həyatda yer tapdı, uğur qazandı və sən bu gün onun paxıllığını edirsən”.

9-10-2018, 23:20
Geri qayıt