AFN.AZ / Tolik, Zaur, Sevil-Sevinc bacıları niyə Rüfət Axundov kimi cəzalandırılmır?-

Tolik, Zaur, Sevil-Sevinc bacıları niyə Rüfət Axundov kimi cəzalandırılmır?-

Tolik, Zaur, Sevil-Sevinc bacıları niyə Rüfət Axundov kimi cəzalandırılmır?-


Xəbər verdiyimiz kimi, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov Spece TV-nin “Hər səhər” verilişində canlı yayım zamanı mahnının sözlərini dəyişərək, söyüşlə ifa ediblər. Sözügedən verilişin lent yazısı “Myvideo”dan qaldırılsa da, yayılan videoda hər iki müğənninin söyüşdən istifadə etdiyi aydın görünür və eşidilir.



Həmçinin, Spece TV-nin yaydığı bəyanatda da hər iki müğənninin “efir mədəniyyətinə zidd olaraq əxlaqdan kənar ifadələrə yol verdikləri” xüsusi olaraq vurğulanır.

Milli Telelviziya və Radio Şurasının (MTRŞ) yaydığı açıqlamada isə aparılan monitorinq nəticəsində müğənni Rəşad İlyasovun efirdə R.Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətmədiyi bildirilib. Buna görə də R.Axundova tətbiq edilən efir qadağasından R.İlyasov kənarda qalıb.

Maraqlıdır ki, MTRŞ istədiyi zaman bu cür tədbirlər görməklə, efirdə əxlaqsız hərəkətlərə yol verənləri cəzalandıra bilirsə, o zaman nə üçün Xəzər TV-nin efirində baş verənlərə göz yumur? Məgər Zaur Kamalın, Tolikin, Sevil və Sevinc bacılarının tez-tez efirdə yol verdikləri qeyri-etik və söyüşlü ifadələr Rüfət Axundovun hərəkətlərindən daha haqq qazandırılmalıdırmı? Onlar da efirdə ən kobud qeyri-etik söyüşlər söyməklə tez-tez gündəmə gəliblər. Amma nədənsə Rüfət Axundovla bağlı görülən cəzalandırılma tədbirləri digərlərinə şamil edilmir.

Bu gün Zaur Kamalın, Tolikin, Sevil və Sevinc bacılarının və digər bu kimi ağızına yiyəlik edə bilməyən şəxslərin də Rüfət Axundov kimi efirdən qovulması əksər tamaşaçının ürəyincə olardı.

Müqayisə üçün sözügedən şəxslərin zaman-zaman efirdə yol verdikləri qeyri-etik hərəkətlərin videolarını təqdim edirik.

Hörmətli MTRŞ və telekanal rəhbərliyi, buyurub özünüz qiymət verin! (Demokrat.az)







9-04-2019, 12:26
Geri qayıt