“Asan İmza” texnologiyasının köməyilə risklər necə idarə edilir?- Bakıda konfrans keçirilib




Bakıda maliyyə sektorunda IT risklərin idarə edilməsi kimi vacib aspektlərdə biliklərin mübadiləsinə həsr olunan Risk Management Forum 2017
konfransı keçirilib.


AFN xəbər verir ki, Forum çərçivəsində Azərbaycan bank sektorunun yüksəkvəzifəli nümayəndələri, nəhəng banklarda risklərin idarə edilməsi üzrə rəhbərlər, eləcə də maliyyə sənayesinin, konsaltinq şirkətlərinin və IT üzrə bir sıra satışların aparıcı iştirakçıları əməliyyat, kredit, bazar, balans və qeyri-maliyyə risklərinin idarə edilməsi sahəsində konkret nümunələr göstərməklə öz təcrübələrini bölüşüblər. Aparıcı ekspertlər dəyişikliklər və onların bankın daxili modelinə təsiri, risklərin dəyərləndirilməsi sisteminə baxış və təkmilləşdirilməsi, qeyri-sabitlik dövründə bank balans strategiyasının optimallaşdırılması üzrə praktiki tövsiyələri paylaşıblar.

“Asan İmza” mobil elektron imza xidmətinin operatoru, “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpenin “Mobil ID (Asan İmza) – sizin kibertəhlükəsizliyiniz və konfidensiallığınız, rəqəmsal məkanda mobil pasportunuzdur” adlı məruzəsi açıq açarlar əsasında fəaliyyət göstərən “Asan İmza” texnologiyasına həsr olunmuşdur. Qeyd edilmişdir ki, bugünkü gündə “Asan İmza” bütün vacib elektron tranzaksiyaları həyata keçirməyə və sənədləri hüquqi baxımdan qanuni olan elektron imza ilə imzalamağa imkan verən əlçatan texnologiyadır. “Asan İmza” texnologiyası elektron mühitdə fərdi verilənlərin və tranzaksiyaların təhlükəsizliyi və toxunulmazlığına tam zəmanət verir, bu isə bank elektron sistemləri ilə qarşılıqlı əlaqə zamanı istifadəçinin şəxsiyyətinin identifikasiyasının digər ənənəvi alətləri üzərində mobil imza texnologiyasının əsas üstünlüyü hesab edilir. Əksər Azərbaycan bankları özlərinin elektron və mobil bankçılıq sistemlərində “Asan İmza” mobil elektron imzanı istifadə edirlər ki, bu da həmin bankların müştərilərinə hesabların açılması, kredit ərizələrinin qeydiyyatı, valyutanın konversiyası və köçürülməsi, hesablar haqqında informasiyanın əldə edilməsi və s. bu kimi xidmətlərdən sutkanın istənilən vaxtında yalnız özünün mobil telefonu vasitəsilə asan və təhlükəsiz şəkildə yararlanmağa imkan verir. Demək olar ki, bütün vacib bank xidmətləri “Asan İmza” istifadəçisinin mobil qurğusunda yerləşir və istifadə üçün fasiləsiz olaraq əlçatandır. Bu texnologiya ölkənin banklarına öz iş mühitində IT-risklərin yaranma təhlükəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

“Kibertəhlükələrin artan səviyyəsini nəzərə alaraq Azərbaycan bankları “Asan İmza”nı özlərinin daxili elektron kargüzarlıq sistemlərində istifadə etməyə başlayıblar. “Asan İmza” “Şəxsi kabinetlər”ə, hesab platformalarına, sığorta və digər on-line sistemlərə giriş üçün universal və daha təhlükəsiz identifikator kimi əvəzolunmazdır. Bundan əlavə “Asan İmza” texnologiyasının aktiv şəkildə tətbiqi ölkədə elektron bankçılıq və elektron kommersiyanın inkişafına təsir göstərir. Bütün bu addımlar nəinki identifikasiya, o cümlədən bütün mərhələlərdə “bank-müştəri” qarşılıqlı əlaqəsinin ardıcıl rəqəmsallaşdırılmasına yönəlmişdir ki, bu da maliyyə xidmətlərinin bütün vətəndaşlar üçün əlçatanlılığının əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verəcəkdir. Eyni zamanda qeyd etmək istərdim ki, “Asan İmza” texnologiyasının tətbiqi vətəndaşların banklara etibarının yüksək səviyyədə təmin edilməsinə, vaxtın və sorğuların emalının qiymətini kifayət qədər azaltmağa, eləcə də verilənlərin qorunmasının dəfələrlə gücləndirilməsinə kömək edir. “Asan İmza” ilə qarşılıqlı əlaqə zamanı onun maliyyə sisteminin ümumi sabitliyinə müsbət təsir etdiyini qeyd etməmək olmur. Bu sabitlik sənəd dövriyyəsinin elektron formaya köçürülməsi, dövlət informasiya sistemlərindən əldə edilən verilənlərin etibarlılığının yüksəldilməsi nümunəsində risklərin azaldılması kimi texniki qarşılıqlı əlaqə zamanı bank xərclərinin əhəmiyyətli dərəcədə azaldılması hesabına baş verir.”- deyə B.EST Solutions şirkətinin rəhbəri xanım Yana Krimpe öz məruzəsində qeyd etmişdir.

Eyni zamanda xanım Yana Krimpe forum iştirakçılarına məruzə etmişdir ki, “Asan İmza” texnologiyası Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan Azexport.az portalına inteqrasiya olunmuş və bu texnologiya ölkədə elan edilən «Made in Azerbaijan» konsepsiyasını izləməkdədir. Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və Alibaba.com, Wholesale və All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı əsasında daxili ticarət əməliyyatlarının genişləndirilməsi və rəqəmsal ticarət habı (Digital Trade Hub of Azerbaijan) kimi Azexport.az portalının işinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir.

Bu gün “Asan İmza” mobil identitet və imza xidməti hər yerdə dövlət və özəl elektron xidmətlərə əlyetərliliyi təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində kifayət qədər populyarlıq əldə etmiş və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Bundan əlavə Azərbaycanın qeyri-rezidentləri üçün starta başlayan еmResidency proqramı sayəsində “Asan İmza”nın verilişi hər kəsə əlyetərli olacaq. Bu, imkan xüsusilə xaricdə fəaliyyət göstərərək Azərbaycanda biznes qurmağa, ölkəyə investisiya qoymağa və lokal on-line xidmətlərin bütün imkanlarından istifadə etməyə çalışan hər kəsə aid edilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu