NASA Günəşə toxunmağa hazırlaşır




NASA 2018-ci ildə Günəşin atmosferinə çox yaxın məsafəyə kosmik gəmi göndərəcək.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, məqsəd Günəşin səthindən dəfələrlə isti olan atmosferini tədqiq etməkdir. Bu gün təşkil ediləcək mətbuat konfransında səyahətin detalları barədə geniş məlumat veriləcək.

Qeyd edək ki, "Solar Probe Plus" adlı gəmi günəşin atmosferi ilə səthi arasındakı istilik fərqinin səbəbini və atmosferi təşkil edən, Yer kürəsinə təsir edən plazma dalğasını araşdıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu