“Azərbaycan Akkreditasiya Mərkəzi” müsabiqə elan edib





“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs www.accreditation.gov.az rəsmi internet səhifəsinin yaradılması və korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir.



İnternet səhifədə mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və göstərdiyi xidmətlər, qanunvericilik və görülmüş tədbirlər barədə informasiyalar yerləşdiriləcək. İnternet səhifəsinin dizaynı mərkəzin fəaliyyət istiqamətinə uyğun, müasir dizayn elementlərini əks etdirməlidir. Hazırlanan layihələrə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Sayt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"ə cavab verməlidir.

Korporotiv loqonun dizaynı da özündə mərkəzin fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin loqo rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Layihə təkliflərini cari ilin 1 avqust tarixinədək accreditation@azstand.gov.az elektron poçtuna və ya Bakı şəhəri, Mərdanov Qardaşları 124 ünvanına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: İnara Eyyubova. Tel: (012) 4499959, daxili 145.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu