Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi




Azercell Telelom MMC müqəddəs Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir.[b][/b]

Belə ki, 26-27 İyun 2017-ci il tarixlərində Azercell SimSim abunəçiləri şirkətin Ramazan Hədiyyəsi kampaniyasından yararlana biləcəklər. Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).

Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və 27.06.2017 23:59-dək istifadə oluna bilər.

Azercell Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir və hər kəsə xoş bayram əhval-ruhiyyəsi arzulayır. Bu bayram sevincini Azercell-lə birgə yaşayın!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu