Mobil internet istifadəçilərinin sayı artıb




Azərbaycanda internetdən istifadə etmək üçün mobil telefonlardan istifadə ilin əvvəli ilə müqayisədə 6 faizə qədər artıb.

2017-ci ilin yanvar ayında bu göstərici 53,58 faiz idisə, iyunda 59,51 faizə çatıb. Eyni zamanda internetdən istifadədə stolüstü kompyuterlər və noutbukların payı da 6 faizə qədər azalıb. İlin əvvəlində stasionar kompyuterlərin payı 42,53 faiz olduğu halda, bu rəqəm iyunda 36,91 faizə enib. Ötən ilin ilk 6 ayı ilə müqayisədə mobil internet ölkədə 12 faizə qədər yüksəlib.

Azərbaycanda mobil telefonlardan istifadə payı dünya göstəricilərini 7 faizə qədər üstələyir. Belə ki, bu ilin birinci yarısına dünya üzrə mobil internetdən istifadə 53 faizə bərabər olub. (AzərTAc)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu