“Nar”dan yenilənmiş “Şərq” rominq paketləri

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 18:53    |    Xəbər oxunub: 570 dəfə
“Nar”dan yenilənmiş “Şərq” rominq paketləri


Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qarşılamaq məqsədilə bir-birindən sərfəli rominq paketləri təklif edən “Nar” yenilənmiş “Şərq” paketlərini təqdim etdi. İndi “Şərq” paketləri ilə səyahətdən həzz almanın tam zamanıdır. Artıq Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlərinə səyahət etdikdə, rominq xərclərini düşünmədən təəssüratlarını paylaşmaq və daim ünsiyyətdə qalmaq mümkündür.

“Şərq” təklifi iki paketdən ibarətdir: “Şərq-5” və “Şərq-15”. “Şərq-5” paketinə gələn zənglər üçün 5 dəqiqə, çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş olunan andan etibarən 3 gün təşkil edir. “Şərq-15” paketi isə gələn zənglər üçün 15 dəqiqə, çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafikindən ibarətdir. Paketin istifadə müddəti sifariş olunduğu andan 30 gündür.

“Şərq” paketlərindən birini hələ Azərbaycanda olarkən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatdıqda sifariş etmək olar. “Şərq-5” paketini sifariş etmək üçün +5 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#5#YES kodunu yığmaq, “Şərq-15” paketini sifariş etmək üçün isə +15 yazıb 777 qısa nömrəsinə SMS yollamaq və yaxud telefonun ekranında *777#15#YES kodunu yığmaq kifayətdir. Paketlərin sifariş sayına heç bir məhdudiyyət qoyulmur. Təklifdən BƏƏ-nin “DU” və ya “Etisalat” mobil operatorlarının şəbəkəsinə qoşulmuş öncədən və sonradan ödənişli bütün “Nar” abunəçiləri yararlana bilərlər.

“Nar” rominq xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur