“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir





“Nar Home” TV xidməti “12 ayı ödəyənə 2 ay hədiyyə!” və “6 ayı ödə, 7 ay izlə! sərfəli kampaniyalarını təklif edir.



AFN xəbər verir ki, bu kampaniyalar sayəsində mövcud B&BTV istifadəçiləri, “Nar Home” TV xidmətinin isə həm mövcud, həm də yeni abunəçiləri xidmətdən pulsuz yararlanmaq şansı əldə edirlər. Şərtlər çox sadədir: “12 ayı ödəyənə 2 ay hədiyyə!” kampaniyasına qoşulmaq üçün öncədən 12 aylıq ödəniş edərək 2 aylıq pulsuz TV xidməti əldə etmək, “6 ayı ödə, 7 ay izlə! kampaniyasından yararlanmaq üçün isə öncədən 6 aylıq ödəniş edərək 1 aylıq pulsuz TV xidməti qazanmaq olar.

B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Yeni təkliflər müddətsizdir və həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumatı 179 qısa nömrəsinə zəng etməklə, “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaqla və ya nar.az internet səhifəsinə daxil olmaqla əldə etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu