"Mentorlarla səhər yeməyi"- Barama-dan startaplara növbəti dəstək

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 12:33    |    Xəbər oxunub: 538 dəfə
"Mentorlarla səhər yeməyi"-


Azercell Telekom MMC- nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə startaplara dəstək məqsədilə daha bir layihəni həyata keçirir. Gənc startapların dünyagörüşünü artırmaq və onları öz layihələrini uğurla həyata keçirməyə yardımçı olmaq üçün Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb.

Sentyabrın 22-dən başlayaraq hər ayın 3-cü cümə günü uğurlu biznes adamları və sahibkarlarla startapların işdən kənar 1.5 saatlıq görüşü təşkil olunacaq. Görüşdə startapların hal-hazırda üzərində işlədikləri layihələr müzakirə olunacaq, eləcə də gələcəkdə reallaşdırırlması mümkün olan işlər üçün dəyərli məsləhətlər veriləcək. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. üzrə mövzu üzrə müzakirələr də aparılacaq.

Sentyabrın 22-də baş tutan ilk görüşdə “Golden Pay” şirkətinin təsisçisi və İdarə Heyətinin Sədri, sahibkar Fərid İsmayılzadə startaplarla öz iş təcrübəsini bölüşüb. Qeyd edək ki, Fərid İsmayılzadə İngilis dili Gimnaziyanı bitirdikdən sonra, Türkiyənin Bilkent Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsilini davam etdirib. 19 yaşında, nümunəvi tələbə kimi Bilkent Universiteti bitirdikdən sonra, San Jose Dövlət Universitetində təhsil alıb. 2007-ci ildə Azərbaycanın ilk onlayn ödəmə şirkətini yaradıb. Bu gün GoldenPay ölkənin ən böyük online ödəmə xidməti təchizatçısıdır. 2011-ci ildə “hesab.az” portalını təsis edib.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur