Dövlət bankı Azər Türk Bankdan gənclərə daha bir dəstək


Dövlət bankı Azər Türk Bankdan gənclərə daha bir dəstək


Rəqəmsal bazarda Sosial Media Marketinqi üzrə mütəxəssislərin yetişdirilməsi məqsədini daşıyan “SMM2017 Business breakfast” layihəsi bu günlərdə işini uğurla başa vurmuşdur. ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, dövlət bankı Azər Türk Bank digər tərəfdaşlarla bərabər bu mühüm əhəmiyyətli tədbirin iki ildir ki, sponsoru kimi çıxış edir. Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə iştirak etməkdə niyyəti ölkədə gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq təcrübə əldə etmələrinə, onların karyera yüksəlişinə və ümumi inkişafına dəstək olmaqdır.

Bağlanış mərasimində iştirakçılar sertifikat və Azər Türk Bank və digər tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılıblar.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu