Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 15:30    |    Xəbər oxunub: 521 dəfə
Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir



“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürdü. Göygöldə həyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlik kurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.

“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində Göygöl və ətraf bölgələrdən olan 20-dən çox yerli sakinin iki həftə boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin davamlı olaraq reallaşdırılması planlaşdırılıb.

“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olurlar. Layihənin bölgələrdə həyata keçirilməsinə Zaqatala rayonunda start verilib.

Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur