Azercell-dən limitsiz internetlə iPhone X əldə et!


Azercell-dən limitsiz internetlə iPhone X əldə et!


iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır. Belə ki, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib olub, 30GB həcmində Hədsiz internet paketi əldə edəcəklər. 24-30 noyabr tarixləri ərzində sifarişlərini öncədən edən müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hedsiz tarifindən pulsuz yararlanacaq.

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər sifarişi 24 – 30 noyabr tarixləri ərzində

Azercell-in rəsmi veb səhifəsində (www.azercell.com) yerləşdirməli, 1-8 dekabr tarixləri arasında isə

Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.

Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu