Azercell iPhone X kampaniyasına start verdi


Azercell iPhone X kampaniyasına start verdi


iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır.

Belə ki, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib ola və 30GB həcmində Hedsiz internet paketi əldə edə biləcəklər. 1-8 dekabr tarixləri ərzində kampaniyaya qoşulan müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hedsiz tarifindən pulsuz yararlana biləcək.

iPhone X kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur.

Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu