Sabah "Bakutel-2017" sərgisi başlayır


Sabah "Bakutel-2017" sərgisi başlayır


Dekabrın 5-8-də "Baku Expo Center"də XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi-konfransı keçiriləcək. Bununla da Yüksək Texnologiyalar Həftəsinə start verilərək. Bu il "Bakutel" sərgisində 20 ölkəni təmsil edən 192 şirkətin iştirakı gözlənilir.

“Report”un verdiyi xəbərə görə, bu barədə bugünkü mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan "ITE Group" şirkətinin regional direktoru Edvard Strun məlumat verib.
İştirakçılar arasında Azərbaycan, ABŞ, BƏƏ, Çin, Finlandiya, Fransa, İsveç, Niderland, Türkiyə və digər ölkələr var.
Tədbir iştirakçılarının 40%-ni "Bakutel" sərgisinin daimi eksponentləri təşkil edir. Sərgiyə bu il ilk dəfə qatılacaq şirkətlər arasında "BMC Software", “Hikvision”, “Qmatic, "Nexus Telecom" və digərləri var.
Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.
“Bakutel-2017” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər də təşkil olunacaq. Bu tədbirlər çərçivəsində sərgi iştirakçıları və peşəkar ziyarətçilər ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər.
“Bakutel-2017” sərgisi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Bu il 10 ölkə - Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya mili pavilyonlarında innovativ layihlər, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.
Nazir müavini Elmir Vəlizadə bildirib ki, bu sərgi bölgədə ölkələr arasında İKT üzrə əməkdaşlığın inkişafına töhvə verir. Onun sözlərinə görə, sərgidə Nazirliyin milli pavilyonu təmsil olunacaq. O bildirib ki, sərgidə gələn il reallaşacaq yeni şəxsiyyət vəsiqələri layihəsinin təqdimatı da baş tutacaq: "Sərgidə nümayiş olunan layihələr faydalıdır. Belə sərgidə iştirak həm yerli, həm də xarici şirktlər üçün maraqlıdır. Sərginin keçirilməsi ölkənin İKT sahəsində potensialını nümayiş etdirmək, Azərbaycanın qabaqcıl texnologiyalardan faydalanması üçün böyük platformadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu