Azercell-dən unikal “Virtual ATS” xidməti


Azercell-dən unikal “Virtual ATS” xidməti


Azərbaycan rabitə bazarında ilklərə imza atan, unikal xidmətləri ilə seçilən Azercell daha bir yeniliyi abunəçilərinə təqdim edir.



AFN xəbər verir ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb etdiyində zəruri olacaq.Virtual ATS xidmətin üstünlüklərinə gəldikdə isə

Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur

Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq

Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və “Premium” Mobil ATS paketlərini də təqdim edir.

Standart paket

Azercell-dən unikal “Virtual ATS” xidməti


Premium paket

Azercell-dən unikal “Virtual ATS” xidməti


Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün destek@azercell.com ünvanına istək göndərə və Korporativ Müştəri Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu