Bu gün Azərbaycanda telefon rabitəsinin yaranmasının 136 illiyidir


Bu gün Azərbaycanda telefon rabitəsinin yaranmasının 136 illiyidir


Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır. Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.

“AzərTAc” xəbər verir ki, peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır.

Ölkəmizdə telefon rabitəsinin tarixi 1881-ci ildə ilk telefon xəttinin istismara verilməsi ilə başlayıb. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlərin görülməsini zəruri edib. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu