“Azərcell” “Bakutel”ə yeniliklərlə qatılıb


“Azərcell” “Bakutel”ə yeniliklərlə qatılıb


Hər il olduğu kimi, bu il də yeniliklərin ən yaxşısını “Azərcell” şirkətinin stendində görəcəksiniz.

AFN xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Mürsəliyev “Bakutel-2017” çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, şirkətin stendinin bir hissəsi yeni ekskluziv norde konsepsiyası ilə tərtib edilib. “Azərcell” hazırda həm Bakıda həm regionlarda norde konsepsiyalı mağazaların açılışına başlayıb. Şirkətin abunəçiləri bu mağazalarda xüsusi rahatlıqla təmin edilirlər.
Stenddəki yeniliklərdən biri də Azərbaycanda ilk dəfə olaraq virtual ATS-in təqdim edilməsidir. Ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla bizneslərə eksklüsiv imkanlar verir. Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır. Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni bir ofisə keçdiyinizdə əvəzsizdir. Azərbaycanda ilk olan yeni texnologiyadan korporativ müştərilər istifadə edə bilər.
Eyni zamanda stenddə 4G və 5G xidmətləri nümayiş etdirilir. Həmçinin internet təhlükəsizliyi ilə bağlı müxtəlif xidmətlər haqda şirkətin stendində məlumat verilir. “Azərcell+musiqi” bölməsində isə 28 milyon musiqi parçasının toplanıb müştərilərə təqdim edilməsi barədə danışılır.
V.Mürsəliyev stenddəki bütün yeniliklər və texnologiyalar haqda ətraflı məlumat verib. Bildirib ki, təqdim edilən layihələrin böyük əksəriyyəti bulud texnologiyası əsasında hazırlanıb. Stenddəki diqqətçəkən bölümlərdən biri də əyləncə məkanıdır. Burada ziyarətçiləri əyləncə, mükafatlı oyunlar və s. gözləyir.


“Azərcell” “Bakutel”ə yeniliklərlə qatılıb

“Azərcell” “Bakutel”ə yeniliklərlə qatılıb

“Azərcell” “Bakutel”ə yeniliklərlə qatılıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu