"Instagram"dan daha bir yenilik


"Instagram"dan daha bir yenilik


Dünyanın ən məşhur sosial şəbəkələrindən olan "Instagram" mesajlaşmaq üçün nəzərdə tutulan "Direct" tətbiqetməsini istifadəyə verib.



Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu tətbiqetməni yükləyən zaman "Instagram"da mesaj bölməsi yoxa çıxır və ancaq "Direct" vasitəsilə şəxsi mesajları göndərmək mümkün olur. Tətbiqetmə vasitəsilə foto, video və mətn şəklində informasiya göndərmək mümkündür. "Direct" "Facebook" üçün 2014-cü ildə yaradılan "Messenger"lə oxşar funksiyanı yerinə yetirir.

Hazırda Türkiyə, Portuqaliya, İsrail, Çili, İtaliya və Uruqvayda istifadəyə verilən, iOS və Android istifadəçiləri üçün nəzərdə tutulan tətbiqetmə rəğbət qazansa, digər ölkələrə də təqdim ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu