Azərbaycan şirkətinin rəhbəri dünyanın 100 nüfuzlu şəxsləri siyahısında


Azərbaycan şirkətinin rəhbəri dünyanın 100 nüfuzlu şəxsləri siyahısında


One World Identity (OWI) identifikasiya metodlarının tədqiqatı və işlənib hazırlanması ilə məşğul olan və Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastrukturda ixtisaslaşan nüfuzlu müstəqil təşkilatlardan biridir. Təşkilatın əsas vəzifəsi müəssisələrə, investorlara və hökumətlərə rəqəmsal identifikasiya metodu əsasında fəaliyyət göstərən davamlı, perspektivli məhsullar və strategiyalar yaratmaq üçün bazar tendensiyalarını qabaqlamaqda köməklik göstərməkdən ibarətdir.



Bu il dünya üzrə identitet sahəsində 100 ən nüfuzlu şəxslər siyahısında (TOP 100 Influencers in Identity) bank sektoru və hökumətlərin, proqram və aparat təminatlarının işlənib hazırlanmasında lider şirkətlərin, eləcə də ən nəhəng sosial şəbəkələrin rəhbərləri və qabaqcıl nümayəndələri təqdim edilmişdir.

Onların içərisində Facebook Inc Baş direktoru Mark Zukerberq, Microsoft müəssisəsinin identifikasiya və avtorizasiya üzrə proqramın rəhbəri Lora Hanter, Beynəlxalq Bankın rəqəmsal texnologiyaların inkişafı üzrə aparıcı mütəxəssisi Zaid Səfdər, Avropa Komissiyasının “Elektron Hökumət və etibarlılıq” şöbəsinin rəhbəri Andrea Servid, Böyük Britaniya hökumətində rəqəmsal xidmətlərin baş arxitektoru Adam Kuper, Oreqon ştatının senatoru Ron Uayden, CISCO şirkətinin informasiyanın konfidensiallığı üzrə vise-prezidenti və direktoru Mişel Dennedi, Gemalto şirkətinin Baş direktoru Filip Valle, Google identitet platformasının rəhbəri Adam Rous, Ağ Evin Milli İqtisadi Şurasından Adrien Harris və digər nəhəng dünya şirkətləri və beynəlxalq təşkilatlarının nümayəndələrini misal göstərmək olar. Azərbaycan ilk dəfə olaraq belə nüfuzlu reytinqdə “Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions Azərbaycan şirkətinin rəhəbəri və Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri xanım Yana Krimpe tərəfindən təmsil olunmuşdur. Qeyd etmək lazımdır ki, o, şirkətin milli rəqəmsal identitetin inkişafına istiqamətlənmiş fəaliyyəti ilə Azərbaycandan və bütünlükdə regiondan olan yeganə təmsilçidir ki, bu da bütün dünyada çox yüksək qiymətləndirilir.

Azərbaycan şirkətinin rəhbəri dünyanın 100 nüfuzlu şəxsləri siyahısında


Xanım Yana Krimpe informasiya texnologiyaları sahəsində proqressiv təşəbbüskar və innovativ ideyaları hazırlayan bir şəxs kimi dəfələrlə müxtəlif nominasiyalar və kateqoriyalarda qeyd edilmişdir. Ölkənin inkişafındakı xidmətlərinə görə "Azərbaycanın həqiqi səfiri" adına layiq görülmüş, eləcə də Financial Times və Google versiyalarına görə Avropanın 100 innovativ lideri siyahısına daxil edilmişdir. Həmçinin onun rəhbərliyi ilə eyni anda iki Azərbaycan layihəsinin nominasiyaya təqdim edilməsini xüsusilə qeyd etmək lazımdır. Bunlar – hüquqi baxımdan əl imzasına bərabər olan və Azərbaycanın milli identiteti sayılan “Asan İmza” layihəsi və “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı” layihəsidir ki, dünyada İKT-nin inkişafı sahəsində ən yüksək nailiyyətlərin tanınması üzrə BMT-nin ən nüfuzlu mükafatlarından sayılan WSIS mükafatına nominasiya olunmuşdur.

“Bu ərəfədə mən ölkənin bütün şirkətlərini və vətəndaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi şərəfinə ölkələrinə hədiyyə verməyə çağıran informasiya nəşr etdim. 10 ildir ki, mən və komandam ilə birgə, Azərbaycanın insan kapitalının inkişafına istiqamətlənmiş innovativ bir ölkə kimi bütün dünyada tanınması istiqamətində əlimizdən gələni əsirgəmirik. Azərbaycanın nailiyyətlərini dünyanın ən yaxşı inovatorları siyasında təmsil etmək, elektron hökumət platforması kimi X-Road, “Asan İmza” mobil elektron imza, analoqu olmayan Rəqəmsal Ticarət Qovşağı, m-Rezident və s. bu kimi inqilabi layihələri reallaşdırmaq imkanını mənə təqdim edən bir ölkəyə verə biləcəyim ən gözəl hədiyyədir”, deyə xanım Yana Krimpe qeyd etmişdir. https://oneworldidentity.com/top-100-identity-influencers-2018/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu