Nazirlikdən "GetContact"la bağlı açıqlama


Nazirlikdən "GetContact"la bağlı açıqlama


Xəbər verdiyimiz kimi səhər saatlarından etibarən Azərbaycanda "Getcontact" proqramının istifadəsinə qadağa qoyulub.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, proqram kütləvi şəkildə ictimai narazılıq doğurduğu üçün bloklanıb:

"Bir çox insanların şəxsi informasiyaları oğurlanırdı. Bununla bağlı nazirliyə çoxsaylı şikayətlər daxil olub. Proqram ictimai narazılıq doğurduğu üçün bağlanılıb".

Qeyd edək ki, sözügedən proqram vasitəsilə istənilən şəxsin nömrəsini daxil etməklə həmin şəxsin müxtəlif insanların kontaktında hansı adla qeyd edildiyini öyrənmək mümkün idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu